Zülfiyyə Xanbabayeva "Gəl"i təqdim etdi

Zülfiyyə Xanbabayeva Gəli təqdim etdi
Video
Şou-biznes 325

Xalq artisti Zülfiyyə Xanbabayeva "Gəl" adlı mahnı və klipini dinləyicilərinə təqdim edib.

BAKU.WS xəbər verir ki, mahnının sözləri Həmid Məmmədli, musiqisi isə İsmayıl Zadə imzası daşıyır. Aranjiman Oğuz Yılmaz, mix və mastering Emre Kıral, vokal prodüserliyi isə İsmayıl Əsədov tərəfindən həyata keçirilib.

Klipin rejissoru Delee Oruclu, rəssamı Qafar Heydərli olub. Montaj və rəng işləri isə Ravil Əsgərov tərəfindən hazırlanıb.

Layihənin stil konsepti üzərində sənətçinin özü çalışıb. Bu prosesdə ona rusiyalı tanınmış buyer Georgi Rostovşikov dəstək olub. Saç və makiyaj Elnur Həsənov, fotosessiya isə Həsən Əliyev imzası daşıyır.

"Gəl" mahnısı və klipi bütün rəqəmsal platformalarda dinləyicilərin ixtiyarındadır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər