SİZİN REKLAM BURADA!
055 213 76 73



Kinorejissor Namiq Ağayev "Ol” adlı yeni filmin çəkilişinə başlayıb. 

BAKU.WS xəbər verir ki, "RUN film” və "Turan film”in birgə istehsalı olan ekran əsərinin ssenari müəllifləri Namiq Ağayev və Fikrət Məmmədov, quruluşçu rəssamı İrandan dəvət olunmuş Rza Fəllahiandır. 

Filmdə Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva və türkiyəli aktyor Tuncər Salman rol alıb.
Bu gün Tuncər Salmanı çəkilişlərlə əlaqədar Bakıya gələcək.

Film tragikomediya janrındadır. Ekran işinin premyerası Bakıda və İstanbulda baş tutacaq. Film, həmçinin festivallar üçün də nəzərdə tutulub.
Tuncər tamaşaçılara "Kördüğüm" və "Kurtlar vadisi pusu" seriallarından tanışdır.
 
BAKU.WS