VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nadir Qafarzadə həmkarı Elza Seyidcahana dəstək olub.

BAKU.WS xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında status yazaraq hər zaman Seyidcahanın yanında olduğunu bildirib:

"Şövkət xanım, Rəşid bəy və digər böyük sənətkarları görəndə bəziləri ya televizoru çevirərdi, ya da söndürərdi. İndi onlar həyatda yoxdular deyə yaman şirin olublar! Son vaxtlar bəziləri özlərini meloman və zövqlü göstərmək üçün keçmiş ifaçıları misal gətirirlər. Elza Seyidcahan, vaxt gələcək, səni bəyənməyənlər sənə rəhmət oxuyacaqlar. Buna əmin ol! Sən savadlı musiqiçi və yaxşı bəstəkarsan".

Qeyd edək ki, Elza artıq bir neçə gündür, "Səni axtrarıram" proqramına qatılaraq şəxsi problemi üçün 70 min AZN pul toplanılmasını istəyib. Sənətçinin bu addımı sadə vətəndaşların narazılığına səbəb olub. Onlar Azərbaycan musiqi sənətinin parlaq ulduzları olan Şövkət Ələkbərova, Rəşid Behbudov kimi məşhurların adlarını çəkərək onların şəxsi məsələlərinə görə insanlardan pul yığmadıqlarını bildiriblər.

 

BAKU.WS