SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Avqustun 17-də mərhum xalq artisti İlhamə Quliyevanın ad günü keçiriləcək. 

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu barədə mərhumənin dayısı oğlu Eldar İsmayılov deyib. 

O bildirib ki, İ.Quliyevanın özəl günündə yalnız onun sənətinə yaxın olan insanlar dəvət olunacaq: 

"Əslində, İlhamə xanım dünyasını dəyişən gündən sonra onun xatirəsi üçün gözəl bir gün təşkil etmək istəyirdim. Amma düşündüm ki, bunu elə onun ad günündə etsəm, daha yaxşı olar. Artıq qərar vermişəm, avqustun 17-də İlhamə xanımın ad günü ilə bağlı tədbir olacaq. Həmin günə mərhumənin sənət dostları və şou-biznesin bir çox tanınmış simaları dəvət olunacaq.

Doğum günü qeyd olunan məkan isə İlhamə xanımın ən sevdiyi yerlərdən biridir. Onu da deyim ki, həmin görüşdə İlhamə xanım barədə bir çox məlumatlar veriləcək. Onun mənə söylədiyi arzularını, istəklərini qonaqların diqqətinə çatdıracağam". 
 
 
BAKU.WS