SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Murad Dadaşov reallaşmayan arzularından danışıb.
 
BAKU.WS xəbər verir ki, şoumen "buro247.az" saytına açıqlamasında reallaşmayan arzularından söz açıb.

"Mənim bir yerinə yetməyən arzum var. Güman edirəm ki, bu arzum ömrümün sonuna yerinə yetməyəcək... Həmişə sörfinq kostyumu geyinə bilən və özünü rahat hiss edən insanlara paxıllıq etmişəm. Əlbəttə ki, onu mən də geyinə bilərəm, ancaq qorxuram ki, məni bu kostyumda görən insanlar sörfinqin daşını atacaq. Ciddi olsaq, mənim arzum dramatik rol ifa etməkdir. Mənə həmişə komediya rolları təklif edirlər. Hamı düşünür ki, mən komik rolları əla ifa edə bilirəm, ancaq mən drammatik rolları da əla oynaya bilərəm. İnsanların buna inanması üçün nə etmək lazım olduğunu bilmirəm. Yəqin ki, mən özüm özümə belə imkan yaratmalı və hamını buna inandırmalıyam. Güldürməyi bacaran kəs, düşünürəm ki, insanları düşündürməyi, ağlatmağı da bacarar" - deyə, M.Dadaşov söyləyib.
M.Dadaşov qızlarla oğlanların fərqindən bəhs edib. O, xanımların hər zaman xüsusi olduğunu deyib:

"Qızlar üçün xüsusi olmaq asandır. Onlar həmişə xüsusidirlər. Kişilər üçün xüsusi olmaq həmişə əhval-ruhiyyə gətirir. Biz hara getsək, nə etsək də, ilk təəssürat əlbəttə ki, həlledicidir, ancaq onu kütlədən fərqlənmək üçün həmişə dəstəkləmək lazımdır. Bilik, təhsil, yeni bir şey demək bacarığı kütlədən seçilməyə kömək edəcək".
 
BAKU.WS