VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Əməkdar artist Aygün Bəylər yenə köhnə imicinə qayıdıb. 

Axşam.az-ın məlumatına görə, müğənni bir müddət əvvəl uzatdığı saçlarını kəsdirib, papaq qoyub. "5/5" verilişinə qonaq olan A.Bəylər bu imicdə özünü rahat hiss etdiyini deyib: "Bu geyimdə çox rahatam, özüm oluram. Uzun saçda çox narahat idim. Saçımı uzatdım, ana oldum. O ərəfəyə papaq uyğun gəlmirdi. İndi də ətrafımdakılar məni danlayır ki, yenə kəsdirdin saçlarını. Qızım qısa saçımı görəndə pis oldu".

A.Bəylər aparıcının "Yenə kənddə yaşayırsınız? O vaxtlar "07" sürürdünüz" sualına belə cavab verib: "İndi şəhərdə yaşayıram. Mən həmişə "07" markalı maşın sürürəm. Dostlarım maşın açarını həmişə masanın üstünə atır, istəyəndə o birilərdən götürürəm".

Muğam ifaçısı yeniliklərindən söz açıb. O bildirib ki, yenidən təhsil almaq istəyir: "Təhsilimi başqa sahədə davam etdirmək istəyirəm. Opera yazmağı planlaşdırıram".
 
BAKU.WS