Aysel Teymurzadənin 33 yaşı tamam oldu - FOTO

Aysel Teymurzadənin 33 yaşı tamam oldu - FOTO
Foto
Şou-biznes 1254

Avroviziya təmsilçilərimizdən olan Aysel Teymurzadənin 33 yaşı tamam olub.

BAKU.WS xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında bildirib. Sənətçi doğum günündən olan fotosunu yayımlayaraq onu təbrik edənlərə təşəkkür edib:

"Xoş gəldin 33... Hər şeyə görə Allaha təşəkkür edirəm. Mənə ad günümdə ən xoş arzularını çatdıran hərə kəsə də minnətdaram. Sizin bu dəyərinizi, həqiqətən, qiymətləndirirəm. Allah sizi qorusun!".

Teymurzadəni təbrik edənlər arasında məşhurlar da olub. Onlardan biri də aparıcı Hacı Nuran Hüseynovdur. O, şəxsi instaqram hesabında Aysel və həyat yoldaşı ilə çəkilən fotoları paylaşaraq onu təbrik edənlər sırasına qoşulub.

Qeyd edək ki, Teymurzadə 2012-ci ildə Xalq artisti, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə ilə ailə həyatı qurub. Onların bu evlilikdən 3 övladı var.

Son xəbərlər