VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  

Ukraynalı müğənni Ani Lorak "7days.ru”-ya Bakıda keçirilən "JARA” festivalından danışıb.

BAKU.WS xəbər verir ki, ifaçı həmçinin təyyarə ilə Bakıya üçan zaman başına gələn hadisəni də xatırlayıb:
"Hava boşluğuna düşdük, təyyarədə möhkəm silkələndik. Hətta bir an düşündüm ki, Bakıda eniş edə bilməyəcəyik. Amma sonra hər şey qaydasına düşdü. Təyyarədən enəndən sonra öyrəndik ki, hava burulğanına düşməyimiz əbəs deyilmiş. Xəzər dənizində qasırğa varmış. Hətta güclü külək dalğaları sahilə necə çırpmışdısa, festival öncəsi qurulmuş səhnə belə dağılmışdı”. 

Qeyd edək ki, iyulun 9 və 10-da Xəzərin sahilində yerləşən "Sea Breeze” otelində keçirilən festivalda Valeri Meladze, Nyuşa, Qriqori Leps, "A-studio”, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, Emin Ağalarov, Slava, "MBAND”, Potap və Nastya, Burito, İrina Dubtsova, "A-DESSA”, Ciqan, Svetlana Loboda, "Qlyukoza”, "IOWA”, Zülfiyyə Xanbabayeva,  Filipp Kirkorov və digəriləri çıxış etmişdilər.

Beynəlxalq "JARA” festivalının hər il keçiriləcəyi və musiqi aləmində parlaq mədəni hadisəyə çevriləcəyi planlaşdırılır.
 
BAKU.WS