SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Mərkəz" prodüser şirkəti tamaşaçıların və dinləyicilərin mühakiməsinə yeni ifaçı olan Kazım Canı təqdim edir. 

BAKU.WS xəbər verir ki, ifaçının şou biznesin səhnə arxasında bir çox mahnıların müəllifi və aranjimançısı kimi çoxdan tanınmasına baxmayaraq, bu onun ilk solo layihəsidir. Bədii rəhbər Nicat Məlikovun sözlərinə görə, şanson stilində yazılmış bu mahnıya daha müasir xarakter vermək üçün komanda uzun müddət yaradıcı axtarışlarda olub. Layihənin musiqi prodüseri hər zamankı kimi Fərid İsmayılovdur. Mahnının musiqisi ifaçı Kazım Canın özünə, sözləri isə Nicat Məlikova məxsusdur. Klip IZ production-un texniki bazası əsasında ərsəyə gəlib. 

Layihənin müəllifləri ümid edirlər ki, klip izləyicələrdə yalnız müsbət təəssüratlar yaradacaq. Hər kəsə xoş seyrlər və dinləmə arzu edirik!

BAKU.WS