Ancelina Coli göz yaşlarını saxlaya bilmədi - VİDEO

Ancelina Coli göz yaşlarını saxlaya bilmədi - VİDEO
Video
Şou-biznes 191

Hollivud ulduzu Ancelina Coli ABŞ Konqresində çıxış edib.

BAKU.WS xəbər verir ki, aktrisa çıxışı zamanı məişət zorakılığı hallarının baş verdiyi ailələrdə uşaqların qorxaraq böyüdüyünü, onların bəzilərinin isə vəfat etdiyini deyib. Bu zaman o, göz yaşlarını saxlaya bilməyib.

Aktrisa Konqresin üzvlərini 10 il ərzində onun təklifini görmədikləri üçün utandırıb. Ulduz ev zorakılığı haqqında qanunun qəbul edilməsi üçün mübarizə aparır. O, indən belə də çətin vəziyyətdə olan insanların hüquqları üçün mübarizə aparacığını bildirib.

Qeyd edək ki, qadınlara qarşı zorakılıq qanununun qüvvədə olma müddəti 2018-ci ilin sonunda başa çatıb. ABŞ prezidenti Co Bayden 1994-cü ildə senator kimi qanun layihəsinin müəllifi olub və onun uzadılması üçün kampaniya keçirib.

Son xəbərlər