Futbolçu həyat yoldaşını döyüb bu hala saldı - FOTO/VİDEO

Türkiyəli futbolçu Özer Hurmacı həyat yoldaşı Mihriban Hurmacıya qarşı fiziki zorakılıq tətbiq edib.
BAKU.WS xəbər verir ki, idmançı ötən ay ondan boşanmaq istəyən arvadını uşaqlarının gözü önündə döyüb.
Bu haqda Mihriban Hurmacı sosial şəbəkədə məlumat verib. O, üzü qan içində olan görüntülərini yayımlayaraq ərinin ona qarşı şiddət tətbiq etdiyini bildirib.
O, əvvəl ərinin telefonunda başqa qadınlara aid foto və videolar görüb. Bundan sonra cütlük arasında mübahisə başlayıb. Özer Mihribanı sürüyərək zorla otağa çəkib və orada onu döyməyə başlayıb. Başını evin pəncərələrinə vurub.
Mihriban başına gələnləri sosial şəbəkə hesabında açıqladıqdan sonra futbolçu əri həbs olunub.
Qeyd edək ki, cütlük 6 ildir evlidir, onların 3 övladı var.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...
