Aparıcı Rövşanə Ağasəfqızı yeni açıqlması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "Üzə-düz" proqramına qonaq olan aparıcı xəyanətlə üzləşən qadınlardan danışıb. Ağasəfqızı həmin xanımlara heykəl qoyulmalı olduğunu bildirib: 

"Ölüm və doğum tarixi arasında bir xətt var. O xətti sən necə, hansı tərzdə yaşayırsan, bu sənə aiddir. Bacar yaxşı yaşa, xoşbəxt ol. Hər şeyi tanrının boynuna yükləmə. Kimsəyə görə həyatını qurban vermə. Mən xəyanətlə yaşaya bilmərəm. Başqa bir qadının yanından mənim yanıma gələcəksə, ya mən qisas alacam mütləq, ya üz çevirib gedəcəm, ya da orda da kitabı bağlayacağıq. Xəyanətə qatlaşıb yaşayan qadınlar iqtisadi baxımdan ərlərindən asılıdırlar, uşaq naminə dözür.

Təsəvvür edin, o qadın nə qədər əzab çəkir, özünü fəda edir. Əslində o qadına heykəl qoyulmalıdır. Yəni, özünə hörmət edən qadın əziyyət çəkəcək. Ya da kişi xəyanətini bildirməməlidir. Hansı kişi gəlib deyər ki, xəyanət etmişəm, bu çox gülməli olar. Bir məsələ də var. Mən deyə bilmərəm ki, xəyanət etməyən kişi yoxdur. Ömür boyu bir qadınla yaşayan, həyat yoldaşlarını sevən kişilər də var. Mən isə heç nəyi unutmuram: nə yaxşılığı, nə pisliyi. Xəyanəti də unutmuram. Beynimin bir küncündə ilişib, qalır. Oyatmıram, etsəm, xoşagəlməz varlığa çevrilə bilərəm".

BAKU.WS
VİDEO