SİZİN REKLAM BURADA!
055 213 76 73


Rəqqasə və aktrisa Oksana Rəsulova sosial şəbəkədə yeni paylaşım edib. 

BAKU.WS xəbər verir ki, o, instaqram hesabında yeni fotolarını yayımlayıb. Hazırda "Bu ana kimi" verilişinin aparıcısı olan aktrisa sosial şəbəkə istifadəçilərinin suallarını da cavablandırıb. 

Rəsulova ona "Bu qədər gözəl olmağınızın sirri nədir?" sualına belə cavab verib: 

"Əslində mən özümü gözəl hesab etmirəm. Amma belədirsə, Allahıma şükürlər olsun. Rəssam odur. Daha da gözəlləşmək üçün sırf makiyajdan istifadə edirəm".

Hər zaman qısa dırnağa üstünlük verən Oksana izləyicisinin "Siz niyə manikur etdirmirsiniz?" sualını isə belə cavablandırıb:

"Uzun dırnaq sevmirəm. Bu tip dırnağın altına çoxlu mikrop toplanır. Düşünürəm ki, körpə ilə təmasda olan anaya uzun dırnaq qətiyyən olmaz".

Qeyd edək ki, Oksana Rəsulova aparıcı Şəhriyar Əbilovla evlidir. Cütlüyün Osman adlı azyaşlı oğlu var. 

BAKU.WS
QALEREYA