SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur pop müğənnisi Hadise Açıkgöz evlənir.

BAKU.WS xəbər verir ki, məşhur müğənni bir müddətdir sevgili olduğu iş adamı Mehmet Dinçerlərdən evlilik təklifi alıb.

Dinçerlərin evlilik təklifinə "hə" deyən Hadisə bu xoş xəbəri sosial media hesabında paylaşıb. Müğənni barmağındakı üzüyü göstərən video ilə evlənməyə qərar verdiklərini açıqlayıb.

Açıkgöz paylaşımın altına "Fəsilimiz indi başlayır..." - deyə qeyd edib. Mehmet Dinçerler sevgilisinin paylaşımına "Mrs. Dinçerler" şərhini yazıb.

Xatırladaq ki, Hadisə ötən ilin iyununda aktyor Kaan Yıldırımdan ayrılıb. Məşhur sənətçi daha sonra iş adamı Mehmet Dinçerler ilə eşq yaşamağa başlayıb.

BAKU.WS