Hadisə məşhur iş adamı ilə ailə qurur - FOTO

Hadisə məşhur iş adamı ilə ailə qurur - FOTO
Şou-biznes 1039

Türkiyənin məşhur pop müğənnisi Hadise Açıkgöz evlənir.

BAKU.WS xəbər verir ki, məşhur müğənni bir müddətdir sevgili olduğu iş adamı Mehmet Dinçerlərdən evlilik təklifi alıb.

Dinçerlərin evlilik təklifinə "hə" deyən Hadisə bu xoş xəbəri sosial media hesabında paylaşıb. Müğənni barmağındakı üzüyü göstərən video ilə evlənməyə qərar verdiklərini açıqlayıb.

Açıkgöz paylaşımın altına "Fəsilimiz indi başlayır..." - deyə qeyd edib. Mehmet Dinçerler sevgilisinin paylaşımına "Mrs. Dinçerler" şərhini yazıb.

Xatırladaq ki, Hadisə ötən ilin iyununda aktyor Kaan Yıldırımdan ayrılıb. Məşhur sənətçi daha sonra iş adamı Mehmet Dinçerler ilə eşq yaşamağa başlayıb.

Oxşar xəbərlər

Hadisə sevgilisi ilə avtomobil qəzasına düşdü - FOTO

Hadisə sevgilisi ilə avtomobil qəzasına düşdü - FOTO

Müğənni Hadisə uzun müddətdir sevgili olduğu iş adamı Mehmet Dinçerlerlə avtomobil qəzasına düşüb. BAKU.WS xəbər verir ki, Çeşmədən istirahətdən qayıdan cütlüy...

538 Şou-biznes 12:30 30 noyabr 2021

Son xəbərlər