Yeni evlənən azərbaycanlı cütlüyün evi yandı - Xəsarət aldılar - FOTO

Yeni evlənən azərbaycanlı cütlüyün evi yandı - Xəsarət aldılar - FOTO
Foto
Şou-biznes 1811

Ötən gün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata əsasən, yanğın qısa müddətdə qurumun yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata əsasən, hadisə elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.

Evi yanan şəxslər arasında bir neçə həftə əvvəl ailə həyatı quran aktrisa Asya Atakişiyeva ilə həyat yoldaşı Əmrah Dadaşov da olub. Onlar yanğın zamanı xəsarət alıblar. Bu haqda Əmrah Dadaşov özü məlumat verib:

"Möcüzə idi. Ölümlə bizi sadəcə 5 saniyə ayırırdı. Özümdə zorla güc toplaya bildim, Allah bizi saxladı. Xəsarət alsaq da, hazırda vəziyyətimiz ortadır".

Oxşar xəbərlər

Azərbaycanlı aktyorların toyu oldu - FOTO/VİDEO

Azərbaycanlı aktyorların toyu oldu - FOTO/VİDEO

Ötən gün aktrisa Asya Atakişiyevanın toyu olub. BAKU.WS xəbər verir ki, o, iki ildir nişanlı olduğu həmkarı Əmrah Dadaşovla evlənib. Cütlüyün toyu şəhər restora...

3302 Şou-biznes 12:18 16 noyabr 2021

Son xəbərlər