Oksana Şəhriyarla evli olduğunu bu səbəbdən gizlədib - VİDEO

"Evlilik yolunda ilk addım məndən gəldi. Birinci addımı kişi atmalıdır. Artıq hiss etdim ki, bizdə o qığılcım yaranır və etirafımı etdim".
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov "Bu ana kimi" verilişində deyib. Oksana isə həyat yoldaşının Şəhiryarın olmasını hər kəsdən gizlətməsinin səbəbini açıqlayıb:
"Bilirsiniz ki, oğlumuz Osman dünyaya gələndən onu heç yerdə göstərməmişdim. Çünki 16 ildir ki, övlad həsrətində yaşayan bir qadınıydım. 16 il müalicələrdən və mücadilələrdən keçmişəm. Bu müddət ərzində həyatımda baş verən hər şeyi hamı bilib, lakin xoşbəxt olmamışam. Bədbəxt də olmamışam. Ən azından həyatda olmuşam, bunun özü də bir xoşbəxtlikdir. Amma sevgi və ailə baxımından özümü heç vaxt tam qadın kimi hiss etməmişdim. İstəmədim şəxsi həyatımla yenidən gündəmə gəlim və müzakirələrə səbəb olum".
Oxşar xəbərlər
Rəşad İlyasov Şəhriyar və Oksananın münasibətindən danışdı: "Maqazin qoxusu var" - VİDEO
Əməkdar artist Rəşad İlyasov açıqlaması ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, “Həmin Zaur” proqramına qonaq olan sənətçi ötən gün mətbuatın gündəmini zəbt e...