SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Vüsalə Əlizadə xeyirxah addımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, “Bizimləsən” verilişinə qonaq olan aparıcı yeni müğənniliyə başlayan Elnarə xanıma dəstək olacağını bildirib.

Vüsalə həmin xanımı aparıcısı olduğu “7 Canlı” proqramına mütəmadi olaraq çağıraraq onu məşhurlaşmasına kömək edəcəyini bildirib:

“Mən ATV kanalının inanıb səlahiyyət verdiyi aparıcısı olaraq onun səsi, əziyyəti ilə ailəsinə çörək aparmasına yardım edəcəm”.

Bundan sonra verilişə qatılan 22 yaşlı Əlixanın da müalicəsi üçün kömək ediləcəyi bildirilib. Onun xəstəliyinə görə kədərlənən Vüsalə Əlizadə kövrələrək efirdə göz yaşlarını saxlaya bilməyib. Əlizadə Əlixanın tezliklə peşəkar həkimlər tərəfindən müalicə olunaraq sağalmasını arzu edib.

BAKU.WS
VİDEO