SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Səidə Sultan sosial şəbəkə hesabında yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, ifaçı şəxsi instaqram hesabında yeni imicdə olan görüntülərini yayımlayıb. O, yeni görünüşündə olan fotosuna “Flora Kərimovaya bənzəyirəm” deyə qısa şərhini əlavə edib.

Səidənin bu addımından sonra Xalq artisti Röya Ayxan da sosial şəbəkə hesabında yeni şəklini paylaşıb. Röya fotosuna “Qadın dediyin dəli olacaq, amam ağıllı yaşayacaq” sözlərini də yazıb.

Ayxanın Səidə ilə eyni imicdə olması hər kəsi təəccübləndirib. Sosial şəbəkə istifadəçiləri hər iki müğənninin stilindəki oxşarlığı xeyli müzakirə ediblər.

Onlar Xalq artistinin ünvanına “Səidə deyəcək, Röya bu stili məndən oğurladı”, “Səidə bu imici yeni etmişdi, bir az gözləyərdiniz də...” kimi şərhlər yazıblar.

BAKU.WS
QALEREYA