SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar “20 yaş challenge”i sosial medianın populyar axınlarından birinə çevrilib. Bir çox yerli və xarici məşhurlar sosial şəbəkə hesablarında 20 yaşında çəkilən fotolarını paylaşıblar.

“20 yaş challenge”nə qoşulan məşhurlardan biri Xalq artisti Faiq Ağayevdir. Sənətçi “Facebook” sosial şəbəkəsində 20 yaşında çəkilən fotosunu paylaşaraq bu axına qoşulub.

20 yaşında çəkdirdiyi şəkli yayımlayan digər məşhur isə Günel Zeynalovadır. O, "Instagram" hesabında illər əvvəl lentə alınan fotosunu paylaşıb.

Xalq artisti Emin Ağalarov da “20 yaş challenge”nə qoşulub. O, "Instagram" hesabında atası və anası ilə 16 yaşında çəkdirdiyi fotosunu yayımlayıb.

Müğənni İradə İbrahimova "Instagram" hesabında illər əvvəlki fotosunu izləyiciləri ilə bölüşüb. İfaçı şəklinə "Bizim vaxtımızda biz beləydik, belə deyildik" dediyimiz yaşlara gəldik” rəyini yazaraq “20 yaş challenge”nə qoşulub.

Sənətçi Lalə Məmmədova da sosial şəbəkə hesabında uzun illər əvvəl çəkilən fotosunu yayımlayıb. Şəkildə ifaçı ilə yanaşı həmkarları Rəşad İlyasov, Rüfət Axundov, Aynur Dadaşova kimi məşhur simalar da yer alıblar. Müğənni fotoya “Kim dedi 20 il əvvəl?” şərhini yazıb.

"İTV” kanalının “Yekun” verilişinin aparıcısı Nigar Sabirqızı da "Instagram" hesabında illər əvvəlki şəklini paylaşıb. Onun fotosu "İTV”nin rəsmi "Instagram" səhifəsində yer alıb.

“20 yaş challenge”nə türkiyəli məşhurlar da qoşulublar. Popçu Murad Boz "Instagram" sosial şəbəkəsində 20 yaşında çəkdirdiyi fotosunu yayımlayıb. O, şəklə “Nur yüzlüm” adlı çalışmamızdan” qısa şərhini yazıb.

Müğənni Alişan da illər əvvəlki fotosunu sosial şəbəkə hesabında paylaşıb. İfaçı “1996-cı il, 20 yaşlı Alişan” qısa rəyi ilə şəklini yayımlayaraq “20 yaş challenge”nə qoşulub.

Məşhur aktrisa Beren Saat da bu “challenge”a qoşulanlar arasındadır. Aktrisa "Instagram" hesabında illər çəkdirdiyi şəklini yayımlayaraq “Beren 20 yaş” rəyini yazıb.

Sənətçi Haluk Levent də bu axına qoşulanlar arasındadır. İfaçı “Bir axın var. 20 yaşlarında çəkilən fotolarını paylaşırlar. Buyurun, bu da mənim şəklim. Ama aşiq olmayın...” şərhini yazaraq sosial şəbəkə hesabında fotosunu paylaşıb.

Müğənni Nazan Öncel də sosial şəbəkədə illər əvvəl lentə alınan şəklini yayımlayıb. “20 yaş challenge”nə qoşulan sənətçi fotosuna “Bir də baxırsan ki, artıq 20 yaşındasan, insan yaşlandıqca gənclik uzaqdan əl sallayır” şərhini yazıb.

BAKU.WS