VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Sevda Yahyayeva sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, bu gün sənətçinin həkim həyat yoldaşı Zakir Bayramovla toyu olacaq. Cütlüyün ailə üzvlərinin və yaxınlarının iştirakı ilə baş tutacaq məclis paytaxtın dəbdəbəli məkanlarından birində keçiriləcək. 

Yahyayeva şəxsi instaqram hesabında toy dəvətnaməsinin görüntülərini yayımlayıb. Sevda görüntülərə bunları da əlavə edib:

"Dostlar, 25 oktyabr bizim toy günümüzdür. Allah arzusunda olan bütün qızlara gəlinlik qismət etsin. Bu isə mənim toy dəvətnaməmdir. İstədim ki, yadigar olaraq burada qalsın".

İfaçının daimi izləyiciləri ilə bölüşdüyü video maraq və rəğbətlə qarşılanıb. Görüntülərə qısa müddətdə 60 mindən çox bəyənmə gəlib. 

BAKU.WS
VİDEO