SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Nəzakət Teymurova sənəti ilə bağlı bilinməyən bəzi məqamlardan danışıb. 

BAKU.WS xəbər verir ki, "Üzə-düz" proqramına qonaq olan ifaçı, sənətdə olduğu müəyyən dövrlərdə həmkarlarının onun yolunu kəsdiyini bildirib:

"Teatra gənc nəslin seçim turu olanda mən ilk baxışda heç vaxt iştirak etmirdim. Çünki ordakı ifaçılar mənim üstümdən xətt çəkiblər. O anlar mənim yaddaşımda pis qalıb. İstəmirdilər ki, Leyli kimi səhnəyə çıxım.

Məndən əvvəlki ifaçılar yolumu kəsirdi... Dedilər ki, bizə Leyli lazım deyil də... Ona görə də hər zaman çalışdım ki, bu sənətdə gənc nəslə, qadın ifaçılara dəstək olum. İndi də deyirəm ki, ay Allah mənim içimdən paxıllığı uzaq tut, sevgini əskik etmə.

22 il çalışdığım Opera və Balet Teatrından ayrıldım. İllərimi, gəncliyimi fəda etdim. Bir dəfə dedim ki, yaş bəlli olanda uzaqlaşacam. Mühit təmiz olmalıdır. Artıq o deyildi. Bir insan deyə bilməz ki, mən rəhbərliyin qapısını döyüb nəsə xahiş etmişəm. Nəyə layiqəmsə, onu verəcəklər!".

BAKU.WS
VİDEO