Xalq artisti koronavirusa yoluxduğunu inkar edir - AÇIQLAMA

20
okt
2021
09:20
Mətbuatda Xalq artisti Canəli Əkbərovun və həyat yoldaşının koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılıb.
Bu haqda BAKU.WS-ə açıqlama verən sənətçinin qızı Sevinc xanım məlumatların yalan olduğunu, atasının koronavirusa yoluxmadığını bildirib. O, Xalq artistinin insult keçirdiyinə görə müəyyən müddətdən bir xəstəxanada müalicə aldığını deyib.
Xatırladaq ki, mətbuatda 81 yaşlı Canəli Əkbərovun virusa yoluxduğu, ev şəraitində müalicə aldığı və vəziyyətinin ağır olduğu haqqında məlumatlar yer alıb.
Oxşar xəbərlər
Gülüstan Əliyevadan koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA
Mətbuatda Əməkdar artist Gülüstan Əliyevanın koronavirusa yoluxması ilə bağlı məlumat yer alıb. Bu haqda BAKU.WS-ə açıqlama verən sənətçi hazırda sağlam olduğun...