Xalq artisti qardaşının dəfninə gedə bilmədi

Xalq artisti Canəli Əkbərovun Rusiyanın Sankt-Peterburq şəhərində avtomobil qəzasında dünyasını dəyişən mərhum qardaşı Fərail Əkbərovun cənazəsi Azərbaycana gətirilib.
BAKU.WS yenicag.az–a istinadən xəbər verir ki, Canəli Əkbərovun qızı Sevinc xanımın sözlərinə görə, mərhum dünən doğulduğu Lənkəran şəhərinin Tükəvilə kəndində dəfn olunub. Lakin onlar dəfn mərasimində iştirak edə bilməyiblər.
“Atam, elə biz də əmimin dəfninə gedə bilmədik karantin rejiminə görə. Amma orada yaxın qohumlarımız var, onlar əmimi son mənzilə yola saldılar. Karantin bitəndən sonra məzarını ziyarət edəcəyik. Qardaş itkisi ağır olur, əmimin itkisi atama çox pis təsir etdi”, - Xalq artistinin qızı deyib.
Oxşar xəbərlər
“Şainçik, danış, mənə pul versinlər...” – Şok VİDEO
2016-ci ilədək aprel məğlubiyyət, daha doğrusu itki ayı idi. Ya 1920-ci ilin 28 aprel işğalı ilə, ya da 1993-cü ilin 2 aprelində Kəlbəcəri düşmənə buraxıb çıxma...