SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə arxiv fotosunu yayımlayıb.

BAKU.WS xəbər verir ki, sənətçinin uzun illər əvvəl çəkilən şəklində qızı Aynişan Quliyeva ilə müğənni Səyyad Əlizadə yer alıb.

Haşımova fotoya şərh yazaraq uzun müddətdir xəstəxanada müalicə alan Səyyad Əlizadəyə şəfa diləyib:

“Şəkillərimin içindən 90-cı illərdə qocalar evindəki tədbirdə çəkdirdiyim bir foto tapdım. O qədər qəlbi gözəldir ki, Səyyad bəyin. Onun haqqında danışdıqca söz bitməz. Allah onu tez bir zamanda bu bəladan qurtarsın! Onu sağ-salamat ailəsinə və sevənlərinə qovuşdursun!”

BAKU.WS