VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın qız toyu baş tutub. 

BAKU.WS xəbər verir ki, məclisə səbəbkarların yaxınları və dostları qatılıb.

Aybəniz Haşımova qızının toyunda ifa edib. Həmin zaman kövrək anlar yaşanıb. Aynişan göz yaşlarını saxlaya bilməyib. 

Toydan görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Qeyd edək ki, Aynişan Quliyevanın ailə həyatı qurduğu Kənan Əliyev fitnes məşqçisidir. Cütlüyün nişanı ötən ilin dekabrında baş tutub.

Cütlüyün tanışlığı bir neçə ay öncə baş verib. Belə ki, A.Quliyeva K.Əliyevin çalışdığı idman zalında məşqlərə başlayıb. Bu müddət ərzində isə onların arasında sevgi münasibəti yaranıb və bunu rəsmiləşdirmək qərarına gəliblər.

K.Əliyev eyni zamanda sağlam qidalanma üzrə mütəxəssisdir. Həmçinin, modellik fəaliyyəti ilə də məşğul olan Kənan ötən il baş tutan “Best model of Azerbaijan” yarışmasında “Ən yaxşı fitness model” seçilib.

BAKU.WS
VİDEO

QALEREYA