13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Ötən gecə məşhur və çox gözlənilən tədbir baş tutub. Rusiyanın "MUZ TV" telekanalında estrada mahnılarının mükafatlandırma mərasimi keçirilib. Azərbaycanlı ifaçı Emin Ağalarov müsabiqə nominantları arasında olub.

ANS PRESS-in Eminin saytına istinadən verdiyi məlumata görə, müğənniyə "Ən yaxşı əcnəbi mahnı" nominasiyasında mükafat təqdim olunub. Eminin ifa etdiyi " Boomerang" mahnısı qalib olub. 

Emin "Boomerang" sinqlını amerikalı musiqiçi  Nayl Rocers ilə ifa edib. Ötən ilin payızında klipi hazır olan mahnı "YouTube"da 5 milyon dəfədən çox izlənib. Mahnı uzun müddət ABŞ və İngiltərə musiqi çartlarında ən yaxşı onluqda qala bilib.

Yarışın mükafatçıları arasında Rusiyanın məşhur simaları - reper Timati, Serebro qrupu və başqa ifaçılar olub.

Tanınmış müğənnii və iş adamı Emin Ağalarov bir neçə gün öncə Bakıda çəkdiyi yeni klipini təqdim edib. Bəstəkar və ifaçı paytaxtın rəmzi yerlərindən biri hesab olunan İçərişəhərdə və Xəzər dənizinin sahilində "Ryadom Prosnutsya” ("Yanında oyanmaq") adlı mahnısına klip çəkib.
 
BAKU.WS