Tanınmış müğənni milyonluq villasını satır - FOTO

Uzun müddətdir repçi ASAP Rokki ilə eşq yaşayan müğənni Rihanna, bu dəfə bahalı malikanəsi ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi 2017-ci ildə Los-Ancelesin Beverli Hills bölgəsindən aldığı evini satışa çıxarıb.
Barbadoslu ifaçı evini alıcılara 7 milyon 800 min dollara (13 milyon 260 min AZN) təklif edir. Rihannanın bu malikanənin satışından əldə olunan gəlirə yeni villa alacağı bildirilir.
Sənətçi bu evi 4 il əvvəl 6 milyon 800 min dollara(11 milyon 560 min AZN) alıb. Rihannannın bu mənzildən yaşadığı bir sıra problemlərə görə köçdüyü bildirilir. Malikanənin 6 yataq, 8 vanna otağı, idman və kino salonu, billiard otağı var.
Qalereya
Oxşar xəbərlər
170 milyona satmaq istədiyi malikanəsini alan olmadı - FOTO
Bir zamanlar "James Bond" filmlərində rol alan aktyor Pirs Brosnan bahalı malikanəsini satışa çıxarıb. BAKU.WS xəbər verir ki, aktyor geniş evini alıcılara 100...
