Müğənni Özcan Dənizin aylıq gəliri açıqlanıb.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, ifaçının qazancı keçmiş həyat yoldaşı Feyza Aktanla aralarındakı oğlu Kuzeyin qəyyumluq işi ilə bağlı məhkəmə iclasında ortaya çıxıb.

Gəliri ilə bağlı hesabatı məhkəməyə təqdim edən Özcanın aylıq 20 min lirə qazandığı bəlli olub.

Qeyd edək ki, Feyza 3 il əvvəl Özcan tərəfindən şiddətə məruz qaldığını bildirsə də, Özcan məhkəmədə bu iddianı inkar edib.

BAKU.WS