NATO zirvəsinə görə Ankarada uçuşlarda dəyişiklik gözlənilir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO zirvəsi ilə əlaqədar iyulun 6-12-də təhlükəsizlik tədbirləri gücləndiriləcək. Bu səbəbdən şəhərdə nəqliyyatın hərəkətində sıxlıq və məhdudiyyətlər yarana, bəzi uçuşların cədvəlində dəyişiklik edilə bilər.
BAKU.WS xəbər verir ki, xüsusilə iyulun 7-8-də həyata keçiriləcək əməliyyat tənzimləmələri səbəbindən bəzi reyslərdə dəyişikliklər gözlənilir.
Esenboğa Hava Limanının operatoru olan TAV sərnişinlərə hava limanına əvvəlcədən yola düşməyi və uçuşları ilə bağlı son məlumatları aviaşirkətlər vasitəsilə yoxlamağı tövsiyə edib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...