"Avroviziya" tarixində yenilik: Bu ölkə 2027-ci ildə yarışmaya qoşulur!
"Avroviziya Mahnı Müsabiqəsi" öz coğrafi sərhədlərini genişləndirməyə davam edir.
BAKU.WS xəbər verir ki, təşkilatçılar rəsmi olaraq Kanadanın da 2027-ci ildən etibarən müsabiqənin rəsmi iştirakçıları sırasında yer alacağını elan ediblər.
Bu qərarla Kanada, 2015-ci ildə yarışmaya qatılan Avstraliyadan sonra Avropa qitəsindən kənarda yerləşən və müsabiqəyə daxil olan ikinci ölkə kimi tarixə düşəcək.
Bir çoxlarının düşündüyünün əksinə, "Avroviziya" da iştirak etmək üçün coğrafi olaraq Avropada yerləşmək şərt deyil.
Müsabiqədə iştirakın əsas açarı Avropa Yayım Birliyinin (EBU) üzvü olmaqdır. Kanada keçən həftə rəsmi olaraq bu quruma üzv qəbul edildiyi üçün yarışma vizasını da əldə edib.
Xatırladaq ki, 70-ci Eurovision Mahnı Müsabiqəsinin qalibi bolqarıstanlı ifaçı Dara olmuşdu.
Müsabiqə qaydalarına əsasən, bu qələbə növbəti yarışmanın Bolqarıstanda keçirilməsinə zəmin yaradıb.
Beləliklə, Kanada öz debütünü Bolqarıstanın paytaxtı Sofiyada edəcək.
Oxşar xəbərlər
Bu gün Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür
Bu gün böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür. Onun anadan olmasından 104 il ötür. Ş.Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda doğu...