VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur müğənni Cennifer Lopez yenidən obyektiv qarşısına keçib.

BAKU.WS xəbər verir ki, sənətçi İtaliyanın Venesiya şəhərində müxtəlif fotolar çəkdirib. Fotosessiya zamanı Lopez nadir və bahalı geyimlərdən birinə üstünlük verib.

İfaçı məşhur “Dolce&Gabbana” brendinə məxsus uzun və ətəyi geniş libas seçib. Geyim sözügedən markanın 2013-cü il kolleksiyasına aiddir.

Hər zaman gözəlliyi ilə göz qamaşdıran Lopezin libası bahalı olması ilə də diqqət mərkəzində olub. Üzərində Venesiya şəhər mənzərəsi olan məşhur brendə məxsus geyimin qiyməti 32 min 882 dollardır. (təxminən 55 min 900 AZN)

BAKU.WS
QALEREYA