SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşova COVID-19-a yoluxub.

BAKU.WS xəbər verir ki, sənətçi bu haqda instaqram hesabında canlı yayım edərkən bildirib.

İfaçı müalicəsi zamanı təbii vasitələrdən istifadə etdiyini, həkimlərin məsləhət gördüyü müalicəni rədd etdiyini bildirib:

"Həkimlər mənə 3 vərəq resept yazdılar, əlbəttə ki, kənara atdım. Dedilər ki, mütləq xəstəxanada müalicə almalıyam və mənə süni tənəffüs aparatı qoşulmalıdır. Bu xəstəliyin müalicəsi 14 gündür. Mən isə 25 gün idi koronaya yoluxmuşdum. Amma virus ciyərlərimə çatmamışdı. Şükür, indi yaxşıyam. Xəstəxanaya getmədim, həkim deyən dərmanları etdirmədim.

Əgər virusa yoluxsanız, təşvişə düşməyin. Adi qrip kimidir. Bir az hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Onun tərkibində bəzi vitaminlər var ki, onlar heç bir antibiotikin tərkibində yoxdur. Damarınıza antibiotik vurmalarına icazə verməyin".

 

BAKU.WS