SİZİN REKLAM BURADA!
055 213 76 73


Şou-biznes xanımları hər nə qədər maraqlı layihələri və ifaları ilə gündəmə gəlsələr də, onların geyimləri də ən az təqdimatları qədər müzakirə obyektinə çevrilir. Məşhurların libaslarının qiyməti isə hər zaman hər kəs üçün maraq dairəsindədir.

BAKU.WS xəbər verir ki, “Mtv” kanalı məşhur xanımların libaslarının qiymətini araşdırıb.

Şou-biznes nümayəndələri arasında bahalı libasları ilə ən çox diqqət çəkən Xalq artisti Aygün Kazımovadır. Pop-divanın Bodrumda istirahətdə olarkən geyindiyi geyiminin ümumi dəyəri 10 119 AZN-dir.

Hər zaman tərzi ilə göz oxşayan ifaçılarımızdan biri də Xalq artisti Zülfiyyə Xanbabayevadır. İllərdir yaratdığı kübar obrazı ilə yaddaşlarda qalan sənətçinin sadəcə çantasının qiyməti 2 983 AZN-dir.

Daha bir dəb ikonası olan Xalq artisti Tünzalə Əliyeva isə hər zaman fit bədən quruluşu və zövqlü geyimi ilə diqqət çəkib. Müğənni hər zaman eksklüziv geyimlərə üstünlük verir. Modelyerlərlə çalışan ifaçı sadə qara libasına 4 762 AZN ödəyib.

Trendləri alt-üst üst edən digər Xalq artistimiz Röya Ayxan da həmkarlarından geri qalmır. Gündəlik həyatda, eyni zamanda klip çəkilişlərində ən göstərişli və bahalı geyimləri seçən Xalq artistinin bu libası 1 343 AZN-dir.

Ailə həyatı qurduqdan sonra sənətdən uzaqlaşan və yenidən qayıdan Safura Əlizadə gənc müğənnilərin örnək aldığı simalardandır. Son zamanlar blogerliklə də məşğul olan müğənni sadəcə eynəyinə və çantasına 1 292 AZN pul xərcləyib.Gündəlik həyatda rahatlıq və sadəliyə üstünlük verən müğənni Sevda Yahyayeva bu sadə donuna 250 AZN ödəyib.

Türkiyədə fəaliyyət göstərən müğənni Günel Zeynalovanın sonuncu dəfə Bakıda etdirdiyi fotosessiyası zamanı seçdiyi bu geyimin qiyməti 69 AZN olub.

Sənətçinin bu libası uzun müddət müzakirələrə səbəb olub. Bu geyimdən müğənni Günay İbrahimli də istifadə edib. Libasın hər iki sənətçiyə yaraşdığı bildirilib.

BAKU.WS