SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bizim xasiyyətlərimiz bir az fərqlidir. O, "yevrapeysqi" adamdır. Heç Azərbaycan müğənnilərini də tanımır, internetə də girə bilmir. Onunku ancaq işdir. İşə getsin, işdən gəlsin və dincəlsin".
 
BAKU.WS məlumat verir ki, bunu lent.az-a açıqlamasında müğənni Rəqsanə İsmayılova deyib. O ikinci həyat yoldaşı ilə uzun müddətdir tanış olduqlarını bildirib:
 
Uzun illər idi ki, bir-birimizi tanıyırdıq. Mən onu tanıyanda onun ailəsi var idi. Həqiqətən də bir-birimizə dost kimi hörmət edirdik. Sonra günlərin bir günündə məclislərin birində rastlaşdıq. Mən həmin vaxt bilmirdim ki, o boşanıb. Amma sən demə, bu yetimin gözü lap əvvəldən məndə imiş. Həmin gün də mənə evlilik təklif etdi. Açığı, düşünmürdüm ki, aramızda rəsmi şəkildə nikah olsun. Çünki ağlıma da gəlməzdi ki, nə vaxtsa ikinci dəfə ərə gedərəm. Mənim kişi xarakterim var. Hər zaman yoldaşım mənə deyir ki, "Sən qaqaşsan" (gülür) . Məndən öncə ailəsi var idi, ayrılıb. Həmin evlilikdən iki övladı var. 1-ci ailəsindən rəsmən nikahını pozandan sonra, qanuni şəkildə mənimlə rəsmi nikaha girib.  İki qızım - Aysun və Yağmur da mənim yoldaşımın adındadırlar.
 
BAKU.WS