SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Əməkdar artist Tünzalə Ağayeva qızı Fidana mahnı həsr edib. 

BAKU.WS məlumat verir ki, müğənni 16 il əvvəl oxuduğu "Son zəng” bəstəsini yeni aranjimanda ifa edib. Sənətçi Instagram hesabında səsyazma studiyasında qızı ilə birgə çəkilmiş videosunu paylaşaraq bunları yazıb:

"16 ildən sonra "Son zəng” mahnım yeni aranjimanla bütün məzunları sevindirəcək, İnşallah. Bu mahnımı yeni nəfəslə səsləndirmək üçün Fidanımın son zəngini gözləyirdim. Bütün məktəblilər və məzunlar üçün oxudum”.

Qeyd edək ki, bəstənin sözləri Əbülfəz İslama, musiqisi T.Ağayevanın özünə, aranjimanı isə  Anar Yusifov və Emin Kərimiyə məxsusdur.
 
BAKU.WS