VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Kan Film Festivalı"ında "ən yaxşı ssenari" mükafatını qazanan "The Salesman” (Satıcı) filmində baş rol ifaçısı, məşhur iranlı aktrisa Taraneh Alidoostinin qolundakı qadın gücünün rəmzi hesab edilən döymə qalmaqala səbəb olub. 

BAKU.WS məlumat verir ki, bu həftə filmlə bağlı mətbuat konfransına qatılan aktrisa əlini mikrofona uzadarkən qolunda döymə olduğu ortaya çıxıb. 
 
Aktrisanın sözügedən mərasimdən fotoları sosial şəbəkələrdə yayılıb. İnternet istifadəçiləri onun ünvanına sərt tənqidi sözlər yazıblar. Aktrisa ona ünvanlanmış tənqidlərə cavab olaraq feminist olduğunu bildirib.
 
Aktrisanın döyməsi və verdiyi açıqlama İran cəmiyyətində birmənalı qarşılanmayıb. Din xadimləri onun bu davranışlarının qəbuledilməz olduğunu bildiriblər. 

Qeyd edək ki, evli və bir uşaq anası olan Alidoosti daha əvvəl də İranda qadağan olan abortu müdafiə etdiyi üçün müzakirələrə səbəb olmuşdu. 
 
BAKU.WS