Türkan Vəlizadədən lağa qoyulan fotosu ilə bağlı - AÇIQLAMA

Türkan Vəlizadədən lağa qoyulan fotosu ilə bağlı - AÇIQLAMA
Şou-biznes 1491

Müğənni Türkan Vəlizadə müzakirələrə səbəb olan fotosu ilə bağlı açıqlama verib.

BAKU.WS xəbər verir ki, bu haqda “Instagram” hesabında canlı yayım edən sənətçi şəkli bilərəkdən səhifəsində paylaşdığını deyib:

“Əvvəlcədən bilirdim ki, həmin fotonu hamı paylaşacaq. Bilə-bilə səhifəmdə yerləşdirdim. Bizim o qədər uğurlarımız olub. Moskvada möhtəşəm konsertlərimiz keçib.

Niyə o kadrları yaymadınız? Çünki biz bir-birimizin sevincinə şərik ola bilmirik. Hər şeyi boş verin. Əsas odur, beyin işlətmək, gözəl ideyalarla yaşamaq lazımdır”.

Qeyd edək ki, sözügedən fotoda Türkan öz başını livanlı sənətçi Maya Diabın başı ilə fotoşop etdirib öz fotosu kimi “Instagram” hesabında paylaşmışdı.

Son xəbərlər