Afət Fərmanqızı Rusiyaya toya gedən müğənnilərdən danışdı: “10 nəfər 1 otaqda…” - VİDEO

Müğənni Afət Fərmanqızı yeni açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, “Hüseynova bacıları” proqramına qonaq olan sənətçi, hazırda Rusiya toylarına üz tutan yerli məşhurlardan danışıb. O, həmin sənətçilərin acınacaqlı halda yaşadığını bildirib:
“Az olsun, evimin içində mənə bəs edir. Tədbirlər, məclislər və şou proqramlar olur, qazanıram. Bu da məni qane edir. Vətənimdə 5 manat qazanım, nəinki mən gedim çöllərə düşüm...
Bilrisiniz, onlar nə vəziyyətdə yaşayır? Bəziləri də çıxır həmin müğənnilərə atmaca atırlar, qəribə sözlər deyir. Bu hərəkət düzgün deyil.
Onlar zülm çəkərək yaşayırlar orada. Qadınların vəziyyəti lap çətindir. Bir otaq götürüblər kirayə qalırlar. 10 nəfər 1 otaqda yerdən döşək salıb yatırlar. Ona görə də, Allah onlara səbr versin”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...
