Gülüstan Əliyeva göz yaşlarına hakim ola bilmədi - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva məşhur stilist Anar Ağakişiyevin “Dəyişən cavab” proqramının qonağı olub.
BAKU.WS xəbər verir ki, veriliş zamanı ifaçı şəxsi həyatı haqqında verdiyi açıqlaması ilə diqqət çəkib. Oğlu Rüfəti körpə olanda döydüyünü deyən sənətçi göz yaşlarına boğulub. O, bunu etdiyi üçün böyük peşmanlıq hissi keçirdiyini bildirib:
“Kənddə qalanda qayınatamgillə soğan alağına gedirdim. Oğlum Rüfət də balaca idi. 1 yaşı olardı. Mən gedəndə arxamca çoxlu ağladı.
Evdə də 7-8 adam var idi. Qayınatam demədi ki, “Sən qayıt, uşağın balacadır”. Rüfət arxamca çox ağladı. Qayıtdım onu döydüm ki, ağlamasın.
Sonra qayınatamgillə getdik. Bu günə qədər oğlumu döydüyüm üçün özümü bağışlaya bilmirəm. İşlədiyimiz ərazidə çoxlu sarı tikanlar var idi.
Hirsimdən ayaqyalın formada o tikanların içinə girdim. Bununla özümə cəza vermək istədim. Övladımı döydüm, Allah da məni belə cəzalandırsın deyə... Heyfimi özümdən çıxdım”.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...