SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Eurovision-2016" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səmra Rəhimli ilk müsahibəsini verib.
 
BAKU.WS məlumat verir ki, ASAN radioda canlı yayımda müsahibə verən iştirakçımız müsabiqə ilə bağlı öz təəssüratlarını bölüşüb:
 
"Biz aylardır məşq edirdik, bu bir günün işi deyildi, çıxdıq səhnədə oxuduq vəssalam. Çətinliklər oldu, mən xəstə oldum. Çünki isti havadan soyuq havaya düşdüm, bu da öz təsirini göstərdi. Amma yarımfinal və finalda hər şey yaxşı oldu. "Eurovision" səhnəsində ölkəmi təmsil etməyim mənim üçün çox qürurvericidir. Bunun necə bir hissi olduğunu sözlərlə ifadə edə bilmirəm".
 
Müsabiqədə aşağı nəticə göstərməsinə münasibət bildirərkən, ifaçı bildirib ki, bu artıq "Eurovision"nun səsvermə siyasəti ilə əlaqədardır:
 
"Bizdən asılı olan nə var idisə hamısının öhdəsindən layiqincə gəlməyə çalışdıq və bu bizdə alındı. Çox güclü, profesional komandamız vardı. Gecə-gündüz məşq edirdik, çalışırdıq. Səhnəyə çıxanda da maksimum dərəcədə yüksək səviyyədə çıxış etməyə çalışdım. Artıq səsvermə necə oldu, jüri nə qədər səs verdi, tamaşaçılar nə qədər səs verdi, bu bir az müəmmalı məsələdi. Sadəcə sevinmək lazımdır. Çünki, Azərbaycan finala düşən iştirakçıların sayına görə, rekord həddə çatıb. Amma elə ölkələr var ki, heç finala düşə bilmirlər. Bu böyük naliyyətdir".
 
BAKU.WS