SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanı "Eurovision 2016” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimlinin oxuduğu "Miracle” mahnısının yeni versiyası yayımlanıb. 

BAKU.WS məlumat verir ki, akustik versiyası hazırlanan mahnıya klip də çəkilib. Sosial şəbəkədə klipi paylaşan Səmra çəkilişlərinin 6 ölkədə baş tutduğunu yazıb. 

"Mahnımın akustik versiyasını təqdim etməyimə şad oldum. Bu mənim promo-turlarım zamanı 6 ölkədə lentə alınıb. Həzz alın və fikrinizi mənimlə bölüşün”.

Qeyd edək ki, "Eurovision-2016” mahnı müsabiqəsinin final şousu mayın 14-də Stokholmun "Globe” arenasında baş tutacaq. S.Rəhimli müsabiqədə ölkəmizi "Miracle" mahnısı ilə təmsil edir. O, finalda 4-cü çıxış edəcək.

BAKU.WS