VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Uzun müddətdir sevgili olduğu Pinar Dileklə Almaniyada sürpriz şəkildə evlənən meqastar Tarkan Türkiyəyə geri dönüb.

BAKU.WS məlumat verir ki, ötən gün müğənni həyat yoldaşı Pınar Dileklə hava limanında jurnalistlərin obyektivinə tuş gəliblər. 

Cütlük mətbuat nümayəndələrinin foto çəkməsinə etiraz etməyib. Tarkan jurnalistlərin suallarını da cavabsız qoymayıb: 

"Toydan sonra evimizə qayıtdıq. Hələ bal ayına çıxmamışıq. Bir az yorğunuq. Başqa zaman uzun söhbət edərik. Siz də həyəcanlısınız, mən də"-, deyə müğənni mətbuat nümayəndələrinə üzürxahlıq edib. 
 
BAKU.WS