SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Eurovision-2016" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səmra Rəhimli ilə bağlı müzakirələr davam edir.

BAKU.WS məlumat verir ki, "Eurovision 2016" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən təşkilatçıları və iştirakçımızı bu dəfə müğənni Xatirə İslam tənqid edib. Sənətçi Azərbaycanla bağlı hazırlanan videoçarxda milli adət-ənənələrimizə yer verilməməyindən şikayətlənib:

"Mən çox istəyərdim ki, Səmra ifasının əvvəlində olan dəniz kənarında və bəzi yerlərdəki görüntülərdə tar kamanı, milli geyimi və təndir çörəyimizi göstərərdi. Orada samovar çayımızın, xalça-palazımızın və başqa milli adətlərimizin olacağı çarx çəkdirərdi. Çox heyif... Bu işlə məşğul olmaq vacib idi. Mən şəxsən ermənilərin ifadan əvvəlki çarxında yuxa yaymaqlarını görüb, çox əsəbiləşdim. Axı niyə biz olanlarımızı gizlədirik? Kimdir buna mane olan? Bəlkə içimizdə kimlərsə var, yavaş-yavaş bizi içəridən yeyir?”, - deyə müğənni bildirib. 
 
BAKU.WS