VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bu gün türkiyəli müğənni Doğuşla Xoşqədəm Hidayətqızının əkiz övladları dünyaya gəlib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün əkiz oğlanları "Şişli Kolan İnternetional Hospital” xəstəxanasında dünyaya gəlib. Aparıcının da, övladlarının da səhhəti yaxşıdır. Cütlük övladlarından birinə Arda adını qoyub, digərinə isə hələ ki, ad seçmədiklərini bildiriblər. 

Qeyd edək ki, türkiyəli sənətçi Demet Akalın sosial şəbəkədə ata olması münasibətilə həmkarını təbrik edib: "Dostumun iki aslan parçası övladı oldu. Təbriklər! Ən böyük ata – Doğuş ata!”.

Xatırladaq ki, Xoşqədəm Hidayətqızı Doğuşla 2014-cü ildə ailə həyatı qurub. Teleaparıcın birinci evliliyindən Zaur adlı oğlu var.
 
BAKU.WS