Deniz Göktaş hava limanında saxlanıldı: Barəsində istintaq başladıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial media hesablarında paylaşdığı videolarla gündəmə gələn Deniz Göktaş xaricdən qayıdarkən polis tərəfindən saxlanılıb.
BAKU.WS xəbər verir ki, o İstanbul Hava Limanında saxlanılıb.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar nəticəsində, D. Göktaşın sosial şəbəkələrdə yayımladığı videoçarxlarda cinayət tərkibli ifadələrin və məzmunun olduğu müəyyən edilib.
Prokurorluq dərhal hərəkətə keçərək bloger barəsində rəsmi istintaq başladıb.
Məlumata görə, istintaq çərçivəsində haqqında axtarış qərarı olan Deniz Göktaş, xarici ölkə səfərindən Türkiyəyə qayıdarkən İstanbul Hava Limanında pasport nəzarətindən keçərkən saxlanılaraq müvafiq qurumlara təhvil verilib.
Hadisə ilə bağlı hüquqi prosesin davam etdiyi bildirilir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...