11 yaşlı Dəniz dünya üçün aksiya keçirir- FOTO

13
avq
2019
15:22
İqlim dəyişikliyi yalnız "dəyişiklik"lə kifayətlənməyir və daha təhlükəli bir mərhələyə çatır.Bu fəlakəti yaşamağa yaxın olduğumuz bir zamanda, az yaşlı olduğuna baxmayaraq, əlində olan imkanlardan istifadə edib, canla-başla savaşan tək adamlıq Dəniz Çevikus adlı bir ordu var.
Dəniz dünyada iqlim dəyişikliyinə qarşı mübarizənin simvolu olan Gretta Thunberg kimi, Türkiyədə iqlim faciəsinə diqqət çəkmək üçün mübarizəyə aparmağa başlayıb.
Dənizin 11 yaşı olmasına baxmayaraq, yaşadığı dünyaya olan qayğısı və onu qorumağın vacibliyini dərk etməsi ilə bizlərdən daha cəsur və ağıllı olduğunu göstərir.
O, məktəbdən sonra qalan boş vaxtlarında "İqlim böhranı" üçün tək başına etiraz aksiyası keçirir. Metroda, parkda hətta yol kənarında qarşılaşdığı insanlara bu fəlakət barədə məlumat verir.
Təbii ki, Dənizin balaca dostları da onu bu yolda tək qoymur.
Lalə Ramizqızı





Oxşar xəbərlər
Xəzər dənizinin səviyyəsi 1 metrdən çox aşağı düşüb
"Xəzər dənizi qapalı hövzə olduğundan periodik olaraq səviyyə dəyişmələri baş verir".BAKU.WS "report"a istinadən xəbər verir ki, bu sözləri Ekologiya və Təbii S...
