SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Tanınmış müğənni İbrahim Tatlıses yenidən mülklərini satışa çıxarıb.

BAKU.WS məlumat verir ki, keçən ay müalicə xərclərini ödəmək üçün sənətçi Quşadasındaki otelini satışa çıxarmışdı. Müğənni bu dəfə isə Bodrumdakı otelini satmaq fikrinə düşüb. 

Müğəninin maddi sıxıntıları olduğunu, müalicə xərclərini ödəyə bilmədiyi üçün belə bir addım atdığı deyilir.

İbrahim Tatlısesin hazırda satışa çıxardığı otelin ərazisi 6500 kv. metrdir. Otelin ərazisində 49 bina və 10 otaqlı şəxsi bir villa yerləşir. Otelin 13 milyon Türkiyə lirəsinə satışa çıxarıldığı bildirilir.
 
Ayşən Ayxan
BAKU.WS