SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti Aygün Kazımova vətənpərvər ruhda olan yeni layihəsini təqdim edib.

BAKU.WS məlumat verir ki, müğənninin yeni layihəsi "Əsgər marşı" adlanır. Xalq artisti açıqlamasında marşın sözlərinin Cəlal Qurbanova, musiqisi və aranjimanının isə Yaşar Baxışa aid olduğunu deyib:

"Vətənpərvər ruhda olan mahnılarımın əksəriyyətinin müəllifi dostum Cəlal Qurbanovdur. Yaşar Baxış ilə məni uzun illərin yaradıcı yolları bağlayır. Marşı vətənpərvər mahnıların peşəkar ifaçısı Şəmistan Əlizamanlıya da təqdim etmişik. O da ifa edib. Onun ifasında da "Əsgər marşı" çox uğurlu alınıb".

Aygün Kazımova bu ruhda olan layihəsinin ardının olacağını bildirib:

"Bütün əyləncə ruhlu layihələrimi dayandırmışam. Fikrim əsgərlərimizin yanındadır. Ona görə vətənpərvər ruhlu layihələrə başlamışıq.  Haqqımda ölüm xəbəri, şər-böhtan, təxribat xarakterli xəbərləri yayan, yazan, danışan və bununla qalmaqal yaradıb gündəmə gəlmək istəyən insanlara demək istəyirəm ki, hal-hazırda çox məşğulam. Sizə cavab verəcək zamanım heç yoxdur. Bir az xəttdə qalın...".

Qeyd edək ki, Aygün Kazımova yaxın günlərdə "Əsgər marşı"nın klip çəkilişlərinə başlayacağını açıqlayıb.
 
BAKU.WS