100 dil bilən azərbaycanlı poliqlot - VİDEO

100 dil bilən azərbaycanlı poliqlot - VİDEO
Video
Şou-biznes 3173
Emin Azərbaycanın ən çox dil bilən şəxsi hesab edilir.Səlist yazıb danışdığı dillərin sayı nə az, nə çox düz 25-dir. Amma ümumi dil bilikləri 100-ə yaxındır. Emin bu dilləri 24 ilə öyrənib.BAKU.WS bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı bununla bağlı maraqlı süjet hazırlayıb. O, ən çox vaxtını Çin dilini öyrənməyə həsr edib. Bütün dilləri özünün üslubu ilə mənimsəyib.Dillərin ümumi üslubunun eyni olduğunu deyən müsahibimiz bu özəlliklərdən istifadə edərək dünya dillərinin azərbaycanca rahat öyrənilməsi üçün xüsusi metodika üzərində çalışır.Emin Quliyev: "İnsanlara verdiyim fayda odur ki, heç bir ev tapşırığı etmədən, il yarıma öyrənə biləcəkləri dil biliklərini, 20 günə əldə edə biləcəklər". Poliqlot dil öyrənməyin də istəkdən asılı olduğunu deyir. Yaxın gələcəkdə isə türk dilləri lügətini yaratmaq istəyir.BAKU.WS

Son xəbərlər